Bakı metrosunda qadın özünü qatarın altına atdı - Başı bədənindən ayrıldı

Bakı metrosunda qadın özünü qatarın altına atdı - Başı bədənindən ayrıldı

Bu gün Bakı metropoliteninin 28 may stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb.

XƏBƏRÇİ.AZ xəbər verir ki, bu barədə Unikal.org-a hadisə yerində olan əməkdaşı məlumat verib. Hadisə təxminən 12:50 radələrində baş verib.

Belə ki, İçəri şəhər - Həzi Aslanov istiqamətində hərəkət edən 14 saylı qatar 28 may stansiyasına daxil olarkən 30-35 yaşlarında gənc qadın özünü qatarın altına atıb. O, qatar relsin üzərinə düşdüyündən başı bədənindən ayrılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, baş verən hadisə ilə əlaqədar qatarların hərəkətində 10 dəqiqəlik gecikmə yaranıb. Hadisə nəticəsində intihar edən qadının cəsədi qatarın altından çıxarılıb. Meyit aidiyyəti üzrə təhfil verilib.

İntihar edən şəxsin kimliyini müəyyən etmək üçün hüquq-mühafizə orqanları araşdırma aparır.


loading...