Bakıda yataqxanada yanğın - sakinlər təxliyə edilib

Bakıda yataqxanada yanğın - sakinlər təxliyə edilib

Bakı şəhərinin Səbail rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində 10 m² sahədə əşyalar, 20 p.m elektrik kabelləri və 1 ədəd su sayğacı yanıb.

XƏBƏRÇİ.AZ  FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
loading...