Gürcüstandan Azərbaycana dərman gətirilməsinin qarşısı alındı - - VİDEO

Gürcüstandan Azərbaycana dərman gətirilməsinin qarşısı alındı - - VİDEO

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən idarənin "Sadıxlı" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi Mersedes Benz C-230 markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

DGK-dan  verilən məlumata görə, gömrük baxışı zamanı avtomobilin salonundan, motorxana hissəsində hava filtirinin içərisindən və yük yerindəki çantalardan 5400 qram baytarlıq dərman preparatlarıaşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


loading...