4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi

4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi

Bakıda keçiriləcək "Formula-1 Azərbaycan Qran Pri" yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə "Xaliq Faiqoğlu" MMC-nin istismarında olan 4 marşrut avtobusunun hərəkət sxemində dəyişiklik edilib.

XƏBƏRÇİ.AZ xəbər verir ki, bu barədə trend-ə şirkətdən məlumat verilib.

Məlumatda bildirilir ki, yarışlarla əlaqədar Bakıda ümumi 17 marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək: "Hərəkət sxemində müəyyən dəyişikliklər ediləcək marşrut xətləri arasında "Xaliq Faiqoğlu" MMC-nin istismarında olan 18, 37, 61 və 65 saylı marşrut xətləri də var. Yarış başa çatanadək qeyd edilən xətlər üzrə fəaliyyət göstərən avtobuslar şəhərin mərkəzində bu küçələrlə hərəkət edəcək:

18 saylı marşrut xətti: Mehdi Hüseyn küçəsi - Bünyad Sərdarov küçəsi - Hüseyn Seyidbəyli küçəsi - Mehdi Hüseyn küçəsi.

 

37 saylı marşrut xətti: Mehdi Hüseyn küçəsi - Bünyad Sərdarov küçəsi - Hüseyn Seyidbəyli küçəsi - Nəriman Nərimanov küçəsi.

61 saylı marşrut xətti: Səməd Vurğun küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Rəşid Behbudov küçəsi.

65 saylı marşrut xətti: Füzuli küçəsi - Mirzağa Əliyev küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Səməd Vurğun küçəsi - Füzuli küçəsi - Şıxəli Qurbanov küçəsi.


loading...