Bayramqabağı əhaliyə çörəklə bağlı XƏBƏRDARLIQ

Bayramqabağı əhaliyə çörəklə bağlı XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyi: "Yoxlamalar aparılmadığından bəzi sahibkarla istər çörəyin daşınması, saxlanması, istehsalı sahəsində nöqsanlara yol verirlər".

Çörəyin hazırlanma qaydası tərkibinə zərərli maddələr qatılması xüsusən də mayanın miqdarı çox olması və digər problemlərlə bağlı dəfələrlə yazılsa da məsələ ilə bağlı problem hələ də qalmaqdadır. Bu da sonradan insan səhhətində problemlərə gətirib çıxarır. Çünki çörək hazırlanan zaman mayanın tərkibindəki maddələr bağırsaqda uzun müddət qalır və oradakı yaxşı bakteriyaları məhv edə bilir. Bu cür problemlər bayram günlərində tələbatın artdığına görə dah geniş vüsət alır. Çörəyin keyfiyyəti, istehsal yerləri, qanunsuz sexlər, işçilərin gigiyenası, çörəyin daşınması ilə bağlı problemlər üzə çıxır.

Xəbərçi.az-ın məlumatına görə məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sonxeber.az-a açıqlamasında bildirib ki, çörəyin tərkibində yapışqanlığı artıran maddələrin qatılması ilə bağlı hər gün şikayətçi zəngləri daxil olur. Ən yaxşı ekspertiza ictimai rəydir. Çörək bişirilən biznes bazarın ən liberal biznesidir. Kim harada istəsə çörək bişirə bilər. Lakin bu hər kəsin harada istəyir çörək bişirməsi demək deyil.
 

Onun sözlərinə görə, Hər bir müəssisə sahibi gigiyenik qaydalara riayət etməlidir və ağıllı sahibkar heç vaxt özünün istehsal etdiyi məhsulu qəsdən xarab edə bilməz. Lakin belə hallar var. Çörəklərə kimyəvi maddələr qatılaraq istehlakçıalra satılır.


"Məlumdur ki hər bir məhsulun daşınma saxlanma şərtləri var. Çörəklər antisanitar şəkildə daşınır. Qida Təhülkəsizliyi Agentliyi bu məsələləri həll edəcək. Əhalinin isti çörəyə tələbatı var. Bu düzgün olmayan tələbatdır. Nazirlər Kabinetinin 91 saylı qərarına görə ölkənin əmtəə bazarında satılan hər bir ərzaq malı o cümlədən çörək bükülməlidir. Zavod çörəyi , təndir çörəyi adı ilə satılan çörəklər açıq formada satılır. Yararlılıq müddətində istehlakçılar çörəyi dəyişdirə yaxud qaytra bilərlər. Bayramqabağı bu cür şikayətlərin artacağına münasibət bildirən ekspert qeyd edib ki, istehlakçılar onun sertifikatını tələb etsinlər, bükülmüş çörək alsınlar".

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin idarə rəisi Ziyəddin Kazımov isə açıqlamasında bildirib ki, çörəyin istehsalında , daşınmasında, satışında da problemlər var. Lakin, bunların aradan qaldırılması üçün ilk növbədə ictimai mübarizə aparmaq lazımdır:

"Yoxlamalar aparılmadığından bəzi sahibkarla istər çörəyin daşınması, saxlanması, istehsalı sahəsində nöqsanlara yol verirlər. Bu baxımdan hər bir istehlakçı hüquqlarının qorunması haqqında qanuna müvafiq olaraq hüququnu qorumalıdır. Vətəndaş problemlə rastlaşdığı halda müdövlət orqanlarının müvafiq qaynar xəttlərinə müraciət etsinlər".


loading...