Zaurun verilişinə çıxan orqan alverçisinin xanımı danışdı: "Övladımız üçün məcbur olduq" -

Zaurun verilişinə çıxan orqan alverçisinin xanımı danışdı: "Övladımız üçün məcbur olduq" -

“Uşağım 5-ci sinifdən böyrək çatışmazlığından əziyyət çəkir”.

Xəbərçi.az bildirir ki, bunu big.az-a açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində insan orqanlarının qanunsuz transplantasiyası ilə məşğul olan transmilli şəbəkənin üzvü olduğu üçün tutulan Vahib Xudadatovun həyat yoldaşı Zəminə Xudadatova deyib. 

Zəminə Xudadatova qeyd edib ki, Ağdam rayon qaçqınıyıq. Çox ağır şəraitdə və suyun içində yaşayırıq: “4 il uşağım dializ müalicəsi alıb. İmkanımız yoxdur. Yoldaşım 3 dəfə infarkt keçirdiyində görə heç yerdə işləyə bilmir. Uşağım həftədə 4 dəfə 1 saylı Kliniki Tibbi Mərkəzdə dializ alıb. Biz əlacsız qaldığımıza görə 2014-cu ildə Zaurun verlişinə çıxdıq. Xeyirxah insanlarımız övladlarının boğazından kəsib uşağıma kömək ediblər. Hər kəs sağalmaqdan ötrü özünü əməliyyat etdirir. Biz də öyrənmişik ki, belə bir həkim var Mövsüm Tahiri. O həkim Elmed Klinikasına lisenziya ilə gəlib işləyirdi. Uşağımızı onun yanına apardıq. O, da təcili əməliyyat olunmasını söylədi. Bizdə yığılan pulla uşağımızı həyata yenidən qaytarmışıq. Bizi orda görən və böyrək çatışmazlığından əziyyət çəkən xəstələr bizdən soruşdular ki, uşağınız necə sağaldı, bizə kömək edin. Biz onlara sadəcə yol göstərdik ki, bu həkimə müraciət edib uşağımızı sağaltmışıq. 
 

Mənim yoldaşımın 63 yaşı var. Biz heç vaxt belə bir işlərlə məşğul olmamışıq. Dünən bizi 5 dəqiqənin içərisində biabır etdilər. İnsanlardan zorla böyrəkmi çıxardıblar?! Orda məcburi heç nə olmayıb. Yazılan məlumatlar yalandır. Həyat yoldaşım elə bir insan deyil. O, övladı üçün zülm çəkib. Biz televiziyaya da çıxan adam deyildik. Sadəcə övladımız üçün məcbur olduq”. 


loading...