Qaz, su və elektrik enerjisini talayanlar 7 il həbs olunacaq - TƏKLİF - VİDEO

Qaz, su və elektrik enerjisini talayanlar 7 il həbs olunacaq - TƏKLİF - VİDEO Azərbaycanda təbii qazın, suyun, elektrik və istilik enerjisinin xüsusilə külli miqdarda talanmasına görə, yeni və daha uzun müddətli həbs cəzası tətbiq olunur.   Xəbərçi.az apa.az-a istinadən məlumat verir ki, Azərbaycan Prezidentinin təklifi ilə bununla bağlı Cinayət Məcəlləsinin 189-1 (Təbii qazın, suyun, elektrik və istilik enerjisinin talanması) maddəsinə bənd əlavə edilir.   Yeni bəndə görə, təbii qazın, suyun, elektrik və istilik enerjisinin xüsusilə külli miqdarda talamaya görə, 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.   Hazırda bu maddədə yalnız külli miqdarda talama sanksiyasında ən yüksək cəza 4 ilə qədər azadlıqdan məhrum etmədir.   Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 

loading...