Mirşahin yeni televiziya açır - ANS-çilər bir arada

Mirşahin yeni televiziya açır - ANS-çilər bir arada

İki il əvvəl bağlanan ANS-in vitse –prezidenti Mirşahin Ağayev yeni televiziya açır.  

Xəbərçi.az məlumat verir ki, qafqazinfo.az-a daxil olan məlumata görə, Mirşahin komandasını tam formalaşdırıb.  

Onların arasında ANS-in tanınmış simaları Ləman Ələşrəfqızı başda olmaqla, Azadə Balayeva, Afət Telmanqızı da var.  

Kanal hələ ki, internet üzərindən yayımlanacaq. Ötən həftədən sınaq çəkilişlərinə start verilən TV-nin 10 günə ictimaiyyətə təqdim olunacağı bildirilir.  

Bütün televiziya fəaliyyətini ANS-in prezidenti Vahid Mustafayevlə bərabər həyata keçirən Mirşahinin yeni işində silahdaşı ilə birgə olub-olmaması barədə dəqiq məlumat yoxdur. İlkin məlumatlara görə, layihə Mirşahinə məxsusdur.  

Məsələylə bağlı jurnalistdən açıqlama almaq mümkün olmayıb.


loading...