İlhamə Rəsulova: “İntihara meylin ən böyük əlaməti ümidsizlikdir”

İlhamə Rəsulova: “İntihara meylin ən böyük əlaməti ümidsizlikdir”

Son günlərdə həm elektron və yazılı KİV-lərdə, həm də sosial mediada gündəmdə olan mövzulardan biri də intiharlarla bağlıdır.
Qeyd edək ki, gənc şair Məlik Cahan yanvarın 8-i axşam saatlarında Dənizkənarı Bulvarda “Yaxt Klub”a yaxın ərazidə özünü dənizə ataraq intihar edib. Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov intihar etməzdən əvvəl şəxsiyyət vəsiqəsini və tələbə biletini sahildə qoyub.
Dostlarının sosial şəbəkədəki paylaşımlarına görə, son 10 gün ərzində Məlik Cahan psixoloji narahatlıqlar yaşayır, həssas olduğu üçün cəmiyyətin bəzi ağrılı faktlarına dözə bilmədiyini yazırmış. Onun iki gün öncə Facebook profilində paylaşdığı status da diqqəti çəkir. "52 saat 2 dəqiqə" yazılan qeydin zamanı intiharla üst-üstə düşür. Gənc şair Lerik rayonunda anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsinin 4-cü kursunda oxuyurdu. Şeirləri mətbuatda çap olunurdu


“Ulduz” metrostansiyasında intihar edən 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu gənc dizayner və turizmçi kimi çalışıb.
Bəs gəncləri intihara meylənndirən səbəblər nədir, intihara meyilli insanları necə müəyyənləşdirmək olar, onları bu yoldan daşındırmaq mümkündürmü?


İlhamə Rəsulova: “İntihara meylin ən böyük əlaməti ümidsizlikdir”


İxtisasca psixoloq, ölkə mediasında sosial-psixoloji araşdırmaların və məqalələrin müəllifi kimi tanınan jurnalist İlhamə RəsulovaAzərbaycan İnformasiya Mərkəzinəbildirir ki, cəmiyətdə ozunə yer tapa bilməyən, maddi durumunun son dərəcə aşaığ olduğunu düşünən, radikal dini təsirlərin altında olan, sağalmaz xəstəliyə düşüb fiziki ağrılara tab edə bilməyənlər, agir ruhi xəstələr və şəxsiyyət pozuntusu olan şəxslər intihara meyilli qrupu təşkil edirlər. Onun dediyinə görə, bundan başqa fikirlərini dostları və yaxınları ilə, ya da psixoloq ilə boluşə bilməyən şəxslər, hər hansi bir problem ilə uzləşib və həll yolunu intiharda gorənlər də var: "Məsələn çox böyük ailə basqısı ilə böyüyən bir qız təcavüzə uğrayıbsa və ya sevgilisi ilə birlikdə olubsa bu barədə ailəsinin bilməsindənsə ölümü üstün tuta bilir. Burda əsas səbəb qorxu məvhumudur. “Bilsələr məni öldürəcəklər, ailəmin başı önə əyiləcək”. Elə məhz bu anlayışdan yola çıxaraq bu cür ölüm hallarının qarşısını almaq olar. Ailə hər nə olursa olsun dəstək çıxmalı, sahiblənməlidir. Əsasən inpulsiv , çox böyük həssasiyyətə və duyğusallığa malik insanlar belə əmələ can atırlar. Biz duyğusal dedikdə yalnız gözəl romantik düşüncələri başa düşməməliyik. Qəzəb də , kind də, qorxu da, nifrət də sevgi kimi duyğudur. İnpulsiv insanlar adətən bütün duyğuları aşırı səviyyədə hiss edirlər. Başqa sözlə desək dozasında deyil, sanki hisslərin ən şiddətli nöqtəsində yaşayırlar. Məhz buna görə yaradıcı insanlar arasında intihar edənlərin sayı üstünlük təşkil edir.


İntihara meylin ən böyük əlaməti ümidsizlikdir. Belə insanlar açıq şəkildə deməsələr belə buna, işarə verir,bildirilər.Böyük deprsiya halından anidən sevinc halına keçən insanlara diqqət yetirilməlidir, məktəbdən, evdən tez- tez qaçan, itən- batan , özü haqqında məlumatlar verməyib, içinə qapanan yeniyetmələrə diqqət yetirmək lazımdır. Yeniyetmələri əhatə edən dostlar qrupu valideynin diqqətindən yayınmamalıdır. Çünki uşaqlar ata analarından çox ətrafdakı həmyaşıdlarının təsirinə düşə bilirlər. Bir dəfə intihara meyl etmiş insanlara xüsusi ilə ilk 3 ayda çox diqqət göstərmək lazımdır.

İntihar səbəbləri nələrdir?

Mütəxəsis intiharların səbəbləriə də aydınləq gətirib. Bildirib ki, sözügedən xoşagəlməz hadisələr bir neçə səbəblə əlaqədardır: "Şəxsin ana, ata və ya həyatında başqaları ilə əvəz edə bilməyəcəyi çox sevdiyi şəxslər tərəfindən tərk edilməsi, uşaq və gənclərdə ailəsində gördükləri, yaçadığqları problemlər intihar duyğusu yarada bilər. Şəxsiyyətin həyatındakı problem və qayğıları tək başına yaşaması, şəxsiyyətin ailə birliyini hiss etməməsi, ata -ananın anlayışsızlıq edib övladına qarşı düşməncə münasibət göstərməsi, ailədə daha öncə intihar edənlərin olması, depresiyya, şəxsiyyəti etdiyi bir səhvin düzəltmək yollarını tapa bilməməsi, alkoqol və ya digər zərərli maddələrin(narkotik) həddən artıq dərəcədə istifadəsi, çox sevdiyi bir şəxsin ölməsi və ölərək ona qovuşmaq düşüncəsi, öyük çətinlik və təzyiq altında davam edən yaşam tərzi də bu səbəblərə daxildir. Xüsusən gənclik yaşlarında əl altında silahın olması, ölümə təşfiq edən , intihar edən şəxsi qəhrəman kimi təqdim edən film, musiqilərin dinlənilməsi, medianın intihar etmiş hər hansı bir şəxsi qəhrəman kimi təqdim etməsi diqqət çəkmək istəyən fərqli bir şəxsi belə fikrə sala bilər. Hər hansı bir radikal dini qruplaşmaya üzv olub onların təsiri altına düşmək, hər hansı cinayətkar qruplaşmaya üzv olub bu təsir altından çıxa bilməyəndə, ailə üzvlərini təhdid altına qoyduğunu hiss edəndə intihar meylləri yaranır". 
İlhamə Rəsulova əlavə edir ki, hər kəsin fərdi xüsusiyyətləri var. İnsanlar öz yaxınlarını hər kəsdən yaxşı tanıyırlar. Onların davranışlarında xoşagəlməz dəyişiklikləri hiss edən yaxınları mütləq bir mütəxəssisə müraciət etməlidirlər: "İntihara meyl etmiş insanı dinləmək vacibdir. Ona öz duyğularınızı işə qarışdıraraq öz hisslərinizdən çıxış edərək reaksiya verməyin. İttiham etməyin, tənqid etməyin. Din intihara necə baxır? Bu sualın cavabını yəqin hamı bilir ki, islam dini özünü öldürməyi haram kimi qəbul edir. Ümumiyyətlə ölüm problemdən çıxış yolu deyil. Çətinliklər insanı müdrükləşdirən insan edən amildir. Biz qarşımıza çıxan həll olunması müşkül kimi görünən problemləri, səddləri aşa -aşa özümüzlə qürur duymağı öyrənirik. Bu sevinci yaşayırıq. Çıxılmaz hesab etdiyiniz hər bir problem mütləq şəkildə həll oluna bilməsə belə onu xəfiflədəcək amillər var.Maraqlı bir misalla fikrimi izah edim. Şalbanın üzərindən tullanmaq çox çətin görünən bir prosesdir. İmkansız kimi görünür. Amma onun yanından keçib getmək olar. Ən azından düşüncələrimizi dəyişmək bizim əlimizdədir. Bir qədər səbr edin. Azərbaycan xalqında müdrik bir ata sözü var. Qəzəbli başla qərar verilməz, hirslə qalxan , peşimanlıqla oturar. Sizi gərən hadisəyə o an reaksiya verməyin, düşünün. Sakit bir anınızda olayları yenidən analiz edib qərar verməyə çalışın. Tufan keçib gedir. Lakin özündən sonar çoxlu fəlakət izləri, sınmış budaqlar qoyub gedir. Bizim kontrol edə bilmədiyimiz qəzəbimiz də tufan kimidir. Bu il media xəbərlərində gənclərin təhsil haqqını ödəyə bilmədiyinə görə intihar etmələri barədə xəbərlərə üzülmüşdüm. Axı təhsil bütün həyatımızın hədəfi olmamalıdır. Bu il olmazsa gələn il yeni şanslar. fürsətlər əldə etmək olar. O cümlədən ayrılıq səbəbi ilə intihara meyl etmə faktları. O an üçün çox acı duyğular ola bilər. Lakin bu həyatın sonu deyil. Həyatımızda hər gün bizim üçün yeni yeni qapılar açılır. Birindən tutub israrçı olaraq qalsaq biz yeniliklərə açıq ola, inkişaf edə bilmərik. Fiziki məşğuliyyət, pozitiv insanlarla ünsiyyət, təmiz havada gəzinti, sevdiyiniz hər hansı ev heyvanı bəsləyib onunla məşğul olmaq qaranlıq düşüncələrdən uzaqlaşmaq üçün yaxşı vasitədir". 


loading...