Metroda özünü qatarın altına atan gənc nişanlı imiş - 3 illik dostu SİRRLƏRİ AÇDI/ FOTOLAR

Metroda özünü qatarın altına atan gənc nişanlı imiş - 3 illik dostu SİRRLƏRİ AÇDI/ FOTOLAR

Bakı metrosunda özünü qatarın altına atan 22 yaşlı Mustafazadə Rəşad Elixan oğlundan yeni xəbər var. Gəncədə anadan olan 22 yaşlı Rəşadın sevdiyi qız var imiş. Gəncin İnstaqram səhifəsində sevdiyi qızla birlikdə çəkdirdiyi fotonu da sizə təqdim edəcəyik. Şəkildən də bəlli olur ki, gənclər öz aralarında nişanlanıblar.

Bu barədə XƏBƏRÇİ.AZ-a Rəşadın adının açıqlanmasını istəməyən 3 illik dostu məlumat verib:

"Çox savadlı gənc idi. Dinə, Allaha bağlı biri idi. Hər zaman Allaha dua edərdi. Heç vaxt onun özünü öldürəcəyini düşünməzdim. Əksinə, hər zaman biz pis olanda bizə dəstək olardı. İnana bilmirəm. Hər bayram pul yığıb, gedib kasıblara bazarlıq edib, xeyirxah işlər görərdi. 3 ildir Rəşadı tanıyırdım. O, turizm şirkətində işləyirdi, "Glamur tur"a rəhbərlik edirdi. Bu yaxınlarda "Glamur MMC"-ni yaratdı və orada rəhbər işləyirdi. 5 dil bilirdi, rus, ingilis, fransız, invird, alman. Sevdiyi qız var idi. Rəşadın arxasınca sosial şəbəkədə yazanlar məni çox narahat edir. Ölünün arxasınca danışmazlar. Biz kimik ki, kimisə mühakimə edək. Allah rəhmət etsin, günahlarını bağışlasın".

Fotoları təqdim edirik:

 


loading...