Şamaxı-İsmayıllı yolu qardan təmizləndi, hərəkət bərpa olundu

Şamaxı-İsmayıllı yolu qardan təmizləndi, hərəkət bərpa olundu

15:55

Şamaxı - İsmayıllı avtomobil yolunda avtomobillərin hərəkəti bərpa edilib.

Xəbərçi.az bildirir ki, bu barədə trend-ə açıqlamasında İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev bildirib.

Komissiya sədri qeyd edib ki, qarın yağması nəticəsində yolda müvəqqəti çətinlik yaranıb: "Yolun Basqal-Zərgəran kəndləri yaxınlığından keçən hissəsi buz bağlamışdı. Dərhal aidiyyəti briqadalar hadisə yerinə cəlb olundu, yol buz və qardan təmizləndi. Təkərləri qış mövsümünə hazır olmayan bəzi avtomobillər sürüşərək hərəkətə mane olurdu. Problem tam aradan qaldırılıb, yollara təkrar qum və duz qarışığı səpilib, hərəkət bərpa olunub".

15:46

Güclü qar səbəbindən Şamaxı-İsmayıllı yolunda nəqliyyat vasitələrinin hərəkətində problem yaranıb.

Xəbərçi.az apa-ya istinadən məlumat verir ki, hazırda qar yağmaqda davam edir. Bu səbəbdən avtomobillər aşağı sürətlə hərəkət edir. 


loading...