Qeyri-sabit hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Ölkə ərazisində müşahidə olunan, qeyri -sabit yağıntılı hava şəraiti dekabrın 9-na kimi davam edəcək.

Xəbərçi.az məlumat verir ki, bunu apa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
 
O qeyd edib ki, dekabrın 9-u gündüz saatlarından başlayaraq hava şəraitinin sabitləşəcəyi və gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
 
Qeyd edək ki, dekabrın 6-sı gündüzdən 7-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.


loading...