Bakıda bayram yarmarkaları fəaliyyətə başlayıb - Sayı artırılacaq

Bakıda bayram yarmarkaları fəaliyyətə başlayıb - Sayı artırılacaq

Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il münasibətilə bayram yarmarkalarına start verilib.

Xəbərçi.az məlumat verir ki, bu barədə trend-ə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Qurum rəsmisi bildirib ki, artıq bir neçə ərazidə yarmarka çadırları qurulub və fəaliyyətə başlayıb: "Artıq metronun "Elmlər Akademiyası, "28 May", "Nəriman Nərimanov", "Koroğlu", "Neftçilər" və "İnşaatçılar" stansiyalarının qarşısında çadırlar qurulub".

Onun sözlərinə görə, çadırların digər ərazilərdə quraşdırılması prosesi davam etdirilir: "Müxtəlif yerlərdə təxminən 12-13 çadırın təşkili nəzərdə tutulur. Çadırların quraşdırılmasında məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir".

Ə.Bağırov bildirib ki, bayram yarmarkaları 2018-ci il yanvarın 3-dək davam edəcək.
loading...