Bu da Xatirənin əməliyyatdan sonrakı ilk

Bu da Xatirənin əməliyyatdan sonrakı ilk

Müğənni Xatirə İslamın fevralın 17-si ad günü olacaq. 

Bir çox sənət dostu ifaçını ötən gündən təbrik etməyə başlayıb. Hətta Xatirə şəhər restoranlarından birində özü üçün təmtəraqlı ad günü edib. 

Plastik əməliyyatla artıq çəkidən xilas olan Xatirə yeni görünüşü ilə ilk dəfə görüntülənib. Onun fotosu və videosu sosial şəbəkədə paylaşılıb. 

Müğənni məclisə qara tül tulum geyinib. X.İslam 12 gündə yetəri qədər çəki atdığını və özünü yaxşı hiss etdiyini söyləyib. İfaçı 9 saat əməliyyat etdirdiyini də bildirib. 

Məclisdə həyat yoldaşı Fəxrəddin bəy Xatirə üçün mahnılar da oxuyub. 

///Axşam.az


loading...