Cazibədar rəqqasə Renka ekstrasens Aqillə oteldə ... - Fotosessiya

Cazibədar rəqqasə Renka ekstrasens Aqillə oteldə ... - Fotosessiya

Azərbaycanda və Rusiyada fəaliyyət göstərən ekstrasens Aqil Məhərrəmov tanınmış rəqqasə Renka ilə birgə fotosessiya etdirib. Fotosessiya Niko Abbasov tərəfindən Bakıdakı məşhur otellərin birində çəkilib.  Tərəflər bir-birləri barədə ayrı-ayrılıqda saytımıza danışıblar. Aqil Məhərrəmova niyə məhz Renka sualını verəndə cavab çox konkret və lokanik oldu: “Çünki gözəl və cəlbedici xanımdı. Məncə əksər bəylər yerimdə olmaq istəyərdi”. Daha sonra ekstrasensdən Renkanın gizlinlərindən danışmağı xahiş etdik, amma deyəsən Renka Aqili elə məftun etmişdi ki, ekstrasens ancaq xoş xəbərləri bizimlə paylaşdı: “Renkanı ilk dəfə məclislərin birində görmüşdüm. Amma danışmamışdıq, sadəcə salamlaşmışdıq. İlk dəfə idi ki, bir araya gəldik, fotosessiyamız baş tutdu. Renka yaxşı insandı. Həyatda həmişə nələrisə əldə etmək istəyir. Lakin hey çabalasa da, hələ də çox şey alınmır. Həyatı dağınıqdır, ailəsindən daha çox dəstək almaq istəyir, buna cəhd edir, amma alınmır, həyatı qırıqdır. Həyatında biri var, amma Renkanın istədiklərini ona verə bilmir. O kəs özü də cəhd edir, istəyir amma alınmır. Şəxsi həyat olduğu üçün tam açıq danışa bilmərəm. Bir də onu deyim ki, Renka uşaq götürmək istəyib, amma nədənsə bu fikrindən daşınıb. Hazırda həyatında olan insanla gələcəkdə davam etməyəcək. Ayrılıq olacaq. Amma Renkanın həyatının sonunu tək görmürəm. Başqa bir insanla ailə həyatı quracaq. Bu münasibət rəsmi olacaq, amma indi yox. 

Ağzını bıçaq açmayan ekstrasens hətta Renkaya məsləhət də görüb: “Renkaya məsləhət görərdim ki, xanımlarla dostluğu dayandırsın. Ətrafındakı qadınlar onun paxıllığını çəkir. Renka xoşbəxt qadın deyil, üzü gülsə də qəlbi qan ağlayır. Adətən elə olur, üzü göyçək olan qadınların qəlbi qırıq olur.

Bəs görəsən Renka Aqil barədə nələr dedi ? Cazibədar rəqqasə ekstrasensin dedikləri ilə razıdımı?! Fala inanmayıb, faldan da uzaq qalmayan Renka görəsən hansı gizlinləri saytımıza etiraf etdi :  “Ömrümdə bir dəfə falçıya getmişəm, ona da peşman olmuşam. Falçılara inanmasam da ekstrasenslərə inamım var. Onlar fərqli olurlar. Aqilin aurası mənə xoş təsir etdi. Qaldı ekstrasens kimi dediklərinə hər şeyi düz deyib, amma həyatımda kimsə yoxdu: “Çalışmıram da həyatımda kimsə olsun və mənimçün nələrsə etsin. Amma inanıram ki, ailə quraram. Düz deyir ki, paxıllığımı çəkənlər çoxdu. Hətta dünəndən bəri özümə söz verdim və stop qoydum xanımlarla dostluğa. Üzü gülür içi qan ağlayır deyir düzdü. Çünki çətinlik çox çəkmişəm. Uşaq da götürmək istədim boşanmışdım deyə mənə vermədilər, hər şey düzdü”.

Fotoqraf: Niko Abbasov 

Stilist: Rəvanə Mehrəliyeva


loading...