"Sərxan sizə kişiliyini sübut edər"

"Sərxan sizə kişiliyini sübut edər"

"Bəzi adamlar verilişi əvvəldən izləsəydi, bilərdi söhbət nədən gedir. Sərxan neçə dəfə soruşdu, kimdir mənim şəklimi atan? Kişi Oqtay dandı və Nazilə Səfərlini göstərdi".

Xeberci.az xəbər verir ki, bu sözlər aparıcı Sərxan Kərəmoğlunun İnstaqram səhifəsində yazılıb. Ptən gün "Maşın" şoudan meyxanaçı Oqtay Kamili uzaqlaşdıran Kərəmoğluya qarşı yönələn tənqidlərə cavab verilib:

"Bir az sonra Oqtayın kişilik sendromu tutdu və deyir gəl, kişilikdən danışmayaq, sənin şəklini mən atmışam. Necə olur kişilik? Kişilik əgər oyunda yoxdursa, Oqtayın "Kişiliyin oyuna dəxli yoxdur" deməsi, Sərxanın boynuna düşməlidir? Demək, bu bir oyundur. Dəstək çıxanlar bir öz həyatlarına baxsınlar, sonra Sərxan haqda danışsınlar. Sərxan kişilik nümayiş etdirməyə yox, oyun oynamağa gedib. Oqtay da öz oyununun qurbanı oldu. Sərxana təhqir yazanlar, cürətiniz çatarsa, ona təklikdə yazın, görüşüb kişiliyini sübut etsin".


loading...