Qalmaqalda növbəti raund - "Gələn dəfə yun çubuğu gətirəcəyəm"

Qalmaqalda növbəti raund - "Gələn dəfə yun çubuğu gətirəcəyəm"

ATV-də yayımlanan "Azərbaycanın səsi" yarışmasında bu dəfə də bir münsifin dediyi digərinin boğazından keçməyib. 

Xeberci.az baku.ws-ə istinadən məlumatına görə, yarışmaya qatılan ifaçı Aygün Məmmədlinin ifası haqda fikir söyləyən Əməkdar artist Elza Seyidcahan Xalq artisti Nazpəri Dostəliyevanın kəskin reaksiyası ilə üzləşib. 

Belə ki, A. Məmmədlinin ifasına "Qızı kənddən çıxarda bilərsən, amma kəndi qızın içindən çıxara bilərsən" deməsi Dostəliyevanı özündən çıxarıb. O, Elzaya "Heç kim dünyaya gələn kimi "Eurovision"a qaçmayıb" deyib. 

N. Dostəliyevanın müdaxiləsindən qıcıqlanan E. Seyidcahan ona belə cavab verib:

"Man başqası fikir deyəndə müdaxilə etmirəm. Xahiş edirəm, mənim də fikrimə heç kəs müdaxilə etməsin. Çünki mənim sərhədim, "qranitsam" var. Özlərinə "qranitsa" çəkiblər, otursunlar "qranitsalarında". Mən sərhədindəyəm, camaata müdaxilə etmirəm. İfaçının ünvanına - Ağzında elə bil isti "kartoşka" var idi, onun oxumağını başa düşmədim". 

Daha sonra mübahisəyə bəstəkar Asif Kərimov qarışıb: 

"Elza xanım bir az emosiyonal deyir. Mən belə düşünürəm, o "kartoşka" məsələsi yerində deyildi. Oraya qədər qəşəng gəlmişdin də, gül kimi danışırdın". 

Elza Seyidcahanın cavabı özünü çox gözlətməyib: 

"Sən isti "kartoşka" yeyəndə nətər danışırsan? Hər müəllimin öz yolu var. Mənim yolum budur. Gələn səfər bura yun çubuğu gətirəcəyəm". 

Aparıcılar Afaq Gəncəli və Cavid Gül isə münsiflərin bu mübahisəsini gülüşlə qarşılayıblar. 


loading...