Elza da MİLLƏT VƏKİLİ olmaq istəyir - Müğənninin 4 illik arzusu...

Elza da MİLLƏT VƏKİLİ olmaq istəyir - Müğənninin 4 illik arzusu...

Əməkdar artist Elza Seyidcahan millət vəkili olmaq arzusundadır. 

Xeberci.az-in məlumatına görə, ifaçı bu haqda "ATV maqazin onlarla" verilişində danışıb. 

"Onlarla 3 dəqiqə" rubrikasında 3 arzusunu açıqlayan E. Seyidcahan bunları deyib:
 
"İstəyirəm xalq artisti adına layiq görülürəm, istəyirəm millət vəkili olum, istəyirəm oğul nəvəm olsun".

Xatırladaq ki, bir müddət əvvəl Xalq artisti Faiq Ağayev ARB TV-nin efirində yayımlanan "Kim var, kim yox?" verilişində deputat olmaq arzusunda olduğunu etiraf etmişdi:

“Milli Məclisdə təmsil olunmaq bu günün, bu saatın arzusu deyil. Bir az zaman keçməlidir.  Amma mənə etimad göstərilsə, dəyərli həmvətənlərimiz mənə dəstək versə, təbii ki, daxilimdə potensial görürəm. Özündən razılıq kimi qəbul olunmasın. Zamanında, vaxtında niyə də olmasın? Seçkilər gələn ildir. Qismət”. 

Onu da qeyd edək ki, Elza Seyidcahan millət vəkili olmaq istəyini ilk dəfə 2014-cü ildə müsahibələrinin birində dilə gətirmişdi. 


loading...