Seda Sayandan azərbaycanlı müğənnilərə jest - VİDEO

Seda Sayandan azərbaycanlı müğənnilərə jest - VİDEO

Xeberci.az xəbər verir ki, tanınmış müğənnilər Niyam Salami və Aynur Dadaşova türk müğənnisi Seda Sayanın bir zamanlar ifa etdiyi "Seviyormusun?" mahnısını ifa ediblər.

Onların bu duetini Seda Sayan da cavabsız qoymayıb. Belə ki, məşhur müğənni 2 milyonluq rəsmi instaqram hesabında müğənnilərin duetini paylaşaraq, onları təbrik edib.

Milli.Az-a açıqlama verən Niyam Salami Seda Sayanla şəxsi tanışlığının olmadığını bildirib:

"Dueti təxminən 1 həftə əvvəl yazdırıb, oxumuşuq. Gözəl müğənnimiz Aynur Dadaşova ilə bu dueti ilk dəfə "5-də 5" verilişində ifa etdik. İfa etdiyimiz günün səhəri Seda Sayan bu videonu instaqram səhifəsində paylaşıb bizi təbrik etdi. Seda Sayan ilə heç bir tanışlığım yoxdur. Bu paylaşıma görə biz də Seda Sayana təşəkkür edirik", - deyə Niyam Salami deyib.


loading...