"Üfunətli nəfəsini yanımda çəkə bilmir..." - Elza cavab verdi

"Üfunətli nəfəsini yanımda çəkə bilmir..." - Elza cavab verdi

Özlərini bəyənmişlər, mənə özlərini rəqib bilənlər var ki, içi özlərini, çölü özgələrini yandırır deyərlər. Məni dərk edib, həzm edə bilməyənlər isə nəinki məni, hətta, Allahın şah əsərləri olan gözəlliklərə qarşı üfunətli nəfəslərini yanımda çəkə bilməyib öz saxta, süni, savadsız, maskalı münasibətlərini istəsələr də, gizlədə bilmirlər. Elza Seyidcahan xanımın hər çıxışı illərin müzakirəsinə dönür. Bunu çoxları bilir və təsdiqləyir, təəccüblənir. "Ayə, niyə bu bizim ağlımıza gəlmədi?” deyirlər". Bu sözləri əməkdar artist Elza Seyidcahan İnstaqram səhifəsində yazıb.

Müğənni ünvanına təhqir yazanlara, ifaçılığı bəyənməyənlərə cavab verib:

"Başda mərhum sənətkarımız, unudulmaz Xalq artistimiz İlhamə Quliyeva "Mən şəxsən bir sənətkar kimi Elzanın hər çıxışından böyük zövq alıram, onu dinləyirəm, çünki hər çıxışında bir şok, bir şok.... Çıxışı, bir şok... Sənət nümunəsi var. O, heç kəsə bənzəmir. Elzanın öz yolu, dəsti-xətti, mədəniyyəti, tərbiyyəsi var" deyib. Baxmayaraq ki, İlhamə xanımın sağlığında onun əlindən öpənlər, indi ona utanmadan İlhamə deyirlər, ancaq Elza Seyidcahana qarşı, bəzi anlaşılmaz hərəkətləri olsa belə Elza ona sənətkar İlhamə xanım deyir, "Yasin" oxutdurur, adına ehsan verib, qəbri üstünə ağ çiçəklər düzür. Onun yaxın qohumlarını xeyir işlərdə görəndə belə hər zaman salamlayır diqqət göstərir.

Bir çoxları kimi sağlığında onu qorxudan tərifləməmişəm, öləndən sonra isə söyməmişəm. Əksinə sağlığında onunla mūbarizə aparmışam, sözümü də demişəm, ibrətamiz haqq da qazanmışam. O, rəhmətə gedəndə isə onu bağışlamışam, halallığımı da vermişəm, cənazəsinə apardığım ağ çiçəklər isə, orada əklillər əlindən ayaq qoymağa yer olmasa belə, onun baş daşına sarmaşıq kimi sarımışdılar. Bu ancaq İlhamə xanımın ruhunun gücündən belə ola bilərdi.

Siz bunu anlayın birdəfəlik, ey bəzi bədhaqq məzlumlar. Nə qədər pislik, haqsızlıq, nankorluq etsəniz, bəlkə birtəhər onu Allahdan gizlədərsiz düşünürsüz. Allahın qəzəbli cəzasına gəlib çıxırsız ki, Tanrı sizi yönəldir ki, gedin Elza Seyidcahana sataşın".


loading...