"Maşın"da Roza və Hüseyn arasında dava düşüb - VİDEO

"Maşın"da Roza və Hüseyn arasında dava düşüb - VİDEO

"Xanımlar və cənablar 2" devizi altında yayımlanan “Maşın” şou sona çatıb və qalib müəyyən olunub.

XƏBƏRÇİ.AZ -ın məlumatına görə, verilişin aparıcısı, xalq artisti Murad Dadaşov qalibin adının rəsmi olaraq bu gün  açıqlanacağını bildirib.

Qeyd edək ki, finala reper Uran, bloqqer Hüseyn Əzizoğlu, müğənni Roza Zərgərli qalmışdı. Maşından ilk olaraq əlini Uran götürüb.

O, səhhəti imkan vermədiyi üçün oyunu tərk edib. 


Bu gecə isə maşın ətrafında qalan Hüseyn və Roza arasında mübahisə düşüb. İfaçı bloggerə "Demişdin ki, sənə görə əlimi çəkərəm. Səni bura kimi mən gətirmişəm. Abbasdan, Güneldən xəbərləri mənə çatdırırdin" deyib.

Cavabında isə Hüseyn "And içməmişdim. Çəkmirəm əlimi. Ölənə kimi dayanacam burada" deyərək Rozanı əsəbiləşdirib. Bloqqerin gecə boyu mahnı oxuması müğənnini özündən çıxarıb. O, Əzizoğluna stəkan, meyvə atıb.

Qeyd edək ki, mayın 29-dan yayımlanan "Maşın" realiti-şousu bu gün konsert proqramı ilə başa çatacaq və qalibə maşının açarları təqdim olunacaq. 


loading...