Roza Zərgərli yenə "qoçuluq" etdi - FOTO

Roza Zərgərli yenə "qoçuluq" etdi - FOTO

Ötən axşam “Maşın” realiti-şousunun ən qalmaqallı iştirakçısı Roza Zərgərli reklam fasiləsi zamanı media əməkdaşına qarşı böyük hörmətsiz etməyi ilə  yadda qalıb.  Belə ki, çoxsaylı tamaşaçılar içində yüksək səs tonu ilə “ayə nəyə çəkirsən? Saa kim icazə verir ki, məni çəkəsən?” deyərək, ATV.az-ın fotomüxbiri Ruslan Əsədovun üstünə qışqirib.

XƏBƏRÇİ.AZ ATV.az - a istinadən xəbər verir ki, verilişin aparıcısı Murad Dadaşov olayın böyüməməsi naminə fotomüxbir Ruslan Əsədova yaxınlaşaraq çəkilən fotoya baxıb və “burda nə var ki? adi fotodur”  deyərək, rəy bildirmişdir. Bundan sonra Roza Zərgərli sakitləşib.

Qeyd edək ki bu müxbirimizə qarşı  belə bir davranış Roza Zərgərli artıq neçənci dəfədir ki təkrarlanır.  Müğənninin “Maşın” ətrafında hər kəsi  “gözümçıxdıya” salması deyəsən özü üçün ənənə halını alıb və o  unudub ki, juranlist öz vəzifə borcunu yerinə yetirərək, sadəcə peşəksarlığını nümayiş etdirir.

Olayın baş vermə səbəbi olan fotonu oxucularımıza təqdim edirik. İndi özünüz deyin, bu fotoya görə müxbirə qarşı belə hörmətsizlik etmək olarmı?


loading...