Həmkarı Pərvini ifşa etdi : “Filmə pul verib çəkilmirik"

Həmkarı Pərvini ifşa etdi : “Filmə pul verib çəkilmirik"

Aktrisa Pərvin Abıyevanın “Maşın” şouda səsləndirdiyi “Türkiyədə tanınan yeganə azərbaycanlı aktrisayam” cümləsi həmkarı Aysel Nazimi özündən çıxarıb.

XƏBƏRÇİ.AZ  xəbər verir ki, o, Pərvini yalan danışmaqda ittiham edib.

“Türkiyədə tanınan, filmlərə çəkilən yeganə aktrisayam deməsi böyük yalandır. Mən və məndən başqa Könül Nağıyeva, Gülay Hüseynova, Nəzrin Cavadzadə, Tunay Əliyeva, Günay Musayeva da var. Hələ Nəzrin və Könül bizim hamımızdan əvvəl çəkilib, tanınıb. Bu boyda yalan olar? Mən hər ay Türkiyəyə gedirəm, nüfuzlu tədbirlərə dəvət alıram. Hələ 3 il əvvəl Alanya Bələdiyəsinin təşkil etdiyi konsertdə mükafat almışam. Bir çox məşhurlarla şəxsi tanışlığım, dostluğum var. Orada  xalq artisti Zeynəb Xanlarovanı, əməkdar artist Röya Ayxanı, müğənni Günel Zeynalovanı tanıyırlar. Biz filmə pul verib çəkilmirik, pul alıb çəkilirik. Özü-özünə tanınan yegane aktrisayam deməklə yeganə olunmur. O ola bilər ki, metbuatdan xəbəri yoxdur. Özü deyir, özü də alqışlayır. Onun şəxsiyyəti ilə işim yoxdur, amma söhbət fəaliyyətdirsə özü maliyyələşdirdiyi filmlərdə çəkilib, adını da sənət qoymağı düz deyil”.


loading...