"Maşın"da finalçılar məlum oldu

"Maşın"da finalçılar məlum oldu

Gözlənilməz hadisələri ilə yadda qalan "Maşın"ın dünən yeni bölümü nümayiş olunub.

XƏBƏRÇİ.AZ xəbər verir ki, 5 iştirakçı ilə davam edən oyunda bu gün Uran səsverməyə çıxıb.

Finala iki addım qalmış səsverməyə çıxan Uran səs topladığı təqdirdə Pərvin Abıyevanı oyundan çıxaracağını söyləyib.

Abıyeva isə "Uran yeniyetməlik illərimin qəhrəmanıdır" deyərək onunla mübarizə aparmaqdan imtinadə edib və nəticəni tamaşaçıların ixtiyarına buraxıb.

56,51 faiz səslə reper şouda iştirakını davam etdirib və o, Aytən Səfərovanı evə yola salıb. Pərvin Abıyeva isə özü əlini götürərək şounu tərk edib. 

Beləliklə, "Maşın"da finalçılar bəlli olub: Roza Zərgərli, Uran və Hüseyn Əzizoğlu. 


loading...