Aytən : Mətanətlə biz bundan sonra daha yaxın olmağa çalışacağıq - VİDEO

Aytən : Mətanətlə biz bundan sonra daha yaxın olmağa çalışacağıq - VİDEO

“Maşın” realiti-şousunda aparıcı Aytən Səfərova həmkarı Mətanət Əliverdiyevaya barışıq əlini uzadıb.
 

XƏBƏRÇİ.AZ -ın məlumatına görə, aparıcı Murad Dadaşov Aytənə Mətanətlə bağlı sual verib. İştirakçı isə cavab olaraq həmkarı ilə bundan sonra daha yaxın olacaqlarını deyib:


“Çünki dünənki və bundan əvvəlki oyun bizə çox şey göstərdi. “Maşın” şou doğrudan da çox böyük bir iş gördü. İki həmkarın, iki qadının arasında siz böyük bağlar yaratdınız. Buna görə mən sizə şəxsən təşəkkür edirəm. Əksinə, Mətanətlə biz bundan sonra daha yaxın olmağa çalışacağıq”.

Qeyd edək ki, iştirakçılardan biri olan Cavidan Novruzun zarafatlarını bəyənməyən A.Səfərova ona irad bildirmişdi. M.Əliverdiyeva isə Cavidanın tərəfini saxlamışdı. Aparıcılar arasında qalmaqal bundan sonra başlayıb. A.Səfərova səsverməyə çıxan zaman qalib gəlsə də, M.Əliverdiyevanı şoudan uzaqlaşdırmamışdı. Amma Mətanət səsverməyə şıxanda Aytəni uzaqlaşdıracağını demişdi. Sonda isə səs toplaya bilməyib özü gedib. 


loading...