Cavidan : "Maşın"da oyunun qurbanı oldum

Cavidan : "Maşın"da oyunun qurbanı oldum

Aktyor Cavidan Novruz “ATV səhər” verilişində qonaq olub.

XƏBƏRÇİ.AZ  xəbər verir ki, “Maşın” şoudan çıxan Cavidan  realiti şou barəsində danışıb:

“Maşın” şoudan çıxanda bir az əsəblərim yerində deyildi.  İndi artıq hər şey qaydasındadır. Mən çox saf insanam, hamıya tez inanıram. Bu şou məni onu öyrətdi ki, bu qədər açıqürəkli olmaq lazım deyil. Yeganə iştirakçı  Azər Axşam idi ki, oradan çıxanda çox darıxdım. Mən istəyirəm ki, maşını Pərvin Abıyeva ya da Abbas Bağırov aparsın. Çünki, bu iki insan düzgün oyun aparır. Efir zamanı bir-birini qıran iştirakçılar, kadrarxası tam əksi olurdular. Mən orada qurban oldum, eyni hal ilə Mətanət, Uran və sonda Əli Mirəliyev də üzləşdi. Yarışda sağ göstərib, sol vurmaq lazımdır. Ən böyük səhvimiz xanımlara inanmağımız oldu. Bir sirr də açım, hamını yarışdan uzaqlaşdıran müğənni Roza Zərgərlidir. Əsas idarə edici qüvvə odur”.


loading...