Aparıcı Samirə geri qayıdır

Aparıcı Samirə geri qayıdır

Aparıcı Samirə Rəhimova yeni sosial layihə hazırlayır.

XƏBƏRÇİ.AZ Axşam.az- a istinadən  məlumat verir ki, aparıcı bununla bağlı fotokamera qarşısına keçib. O bildirib ki, əsas məqsəd maarifləndirici xarakter daşıyan proqramların hazırlanmasıdır:

“Müxtəlif istiqamətlərdə çox faydalı məsləhətlər, ekspertlərin rəyləri, heç bir yerdə deyilməyən fikirlər, yazılmayan qanunlar məhz bu proqramda səsləniləcək. Düzgün istirahət, sağlamlıq, oyun və müsabiqələr, dəbli həyat və gözəllik üzrə çəkilişlər aparılacaq. Videolar “Samira Charm” Youtube kanalı üçün hazırlanır. Hələ heç bir zaman bu tərzdə çəkilişlər etməmişəm. Uzun illər gözəllik və dəb mövzusunda çıxış etməyimə baxmayaraq, “Lifestyle” mənim üçün böyük yenilikdir. Layihənin tam konsepsiyası elə ilk buraxılışından bəlli olacaq. Hələ ki, sirr olaraq qalsın”.

Fotoların müəllifi Bəhruz Əlizadədir.

 

 


loading...