Fira getdi onu da özü ilə apardı - "Maşın" tam sürətlə davam edir

Fira getdi onu da özü ilə apardı - "Maşın" tam sürətlə davam edir

ATV-də yayımlanan “Maşın” realiti-şousunun altıncı günündə səsverməyə bloger Hüseyn Əzizoğlu çıxıb.

XƏBƏRÇİ.AZ  xəbər verir ki, Hüseyn açıq oyun oynadığını bildirərək hədəfinin aparıcı İlhamə Bədəlova olduğunu açıqlayıb.

“Sağ göstərib, sol vurmayacam. Fira getsə də, bu gün İlhaməni çıxaracam”, deyə Hüseyn söyləyib.

Aparıcı isə sevənlərinə üz tutaraq “Mən ədalətli şəkildə oynayıram. Hüseynin əli ilə getmək istəmirəm. Ona "Getsin"ə səs göndərin” deyib.

Səsvermə nəticəsində 57,48 faiz səs toplayan Hüseyn vədinə əməl edərək İlhaməni oyundan kənarlaşdırıb.
 

 

Qeyd edək ki, veriliş başlayan kimi aparıcı Fira Cəlilova ötən gün səhvən əlini maşından götürdüyü üçün oyundan uzaqlaşıb. 

Xatırladaq ki, ötən gün səsverməyə çıxan reper Qurd da səs topladığı təqdirdə İlhaməni şoudan uzaqlaşdıracağını bildirmişdi. Lakin o, az səs faizi ilə özü oyundan getmişdi.


loading...