Qurd hədəf oldu, dediyini etdi - "Maşın"da gərginlik artır

Qurd hədəf oldu, dediyini etdi - "Maşın"da gərginlik artır

Dünən "Maşın"ın daha bir buraxılışı yayımlanıb.

XƏBƏRÇİ.AZ  xəbər verir ki, 14 iştirakçının olduğu şouda səsverməyə reper Qurd çıxıb.


O, "Sağ göstərib, sol vurmayacam" deyərək oyundan aparıcı İlhamə Bədəlovanı çıxaracağını deyib.

Sonda 48,38 faiz səs toplayan Qurd özü evə gedib.

Qeyd edək ki, hazırda şou aparıcılar Mətanət Əliverdiyeva, Aytən Səfərova, Fira Cəlilova, İlhamə Bədəlova, aktyor-müğənni Cavid Novruz, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, Uran, aktrisa Pərvin Abıyeva ilə davam edir.


loading...