Qəzaya düşən Türkan Vəlizadə əməliyyat olunacaq

Qəzaya düşən Türkan Vəlizadə əməliyyat olunacaq

Dünən gecə studiyadan evə yollanan ifaçı Türkan Vəlizadə və həmkarı Zeynəb Həsəninin ağır yol qəzasına düşməsi barədə xəbər vermişdik.

Hal- hazırda xəstəxanada olan hər iki ifaçı bu gün əməliyyat olunacaq. XƏBƏRÇİ.AZ  - ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə dünən Vasif Əzizov, Şəbnəm Əsədova, Nuray Məhərrov, Sevil- Sevinc bacıları, aparıcılar Arzu Həmzəyeva, Könül Muxtarova, Vüsalə Şahvəliqızı, Şəbnəm Qəhrəmanova xəbəri eşidən kimi özlərini xəstəxanaya yetiriblər. Xatırladaq ki, T.Vəlizadənin çiyni və ayaqları, Z.Həsəninin isə çanağ hissəsi sınıb.


loading...