Hamam xalatı ilə yataqda fotosu yayılan Dilarə: "İnsanlar milçək kimidir, əhəmiyyət vermək lazım deyil”

Hamam xalatı ilə yataqda fotosu yayılan Dilarə: "İnsanlar milçək kimidir, əhəmiyyət vermək lazım deyil”

XƏBƏRÇİ.AZ - ın  xəbər verdiyi kimi “Eurovision” təmsilçilərimizdən olan Dilarə Kazımovanın sosial şəbəkədə hamam xalatı ilə fotosu yayılıb. Onun 34 minlik səhifəsində paylaşdığı yataq fotoları tənqid edilib.
 

 

Yenicag.az-a açıqlama verən müğənni onu tənqid edənlərə əhəmiyyət vermədiyini bildirib:

“Mən o paylaşımda fotonun altında “Ruhunuzu və beyninizi inkişaf etdirəcək kitablar oxuyun. Unutmayın ki, əlimizdə ancaq indi və burda olan anımız var. Hər yaşadığınıza görə minnətdar olun. Çünki bunların hamısı bizi harasa aparır” sözlərini yazmışam. Buna əhəmiyyət verən yoxdur, amma fotolarım tənqid olunur. Onlar uzağı görməyən insanlardır. Baxış bucağından çox şey asılıdır. Qızılgülü hərə bir gür görür; kimi ətirli, kimi solmuş vəziyyətdə. Yeri gələndə pop divaları da tənqid edirlər. O boyda Maykl Ceksonu da pedofil adlandırıdılar. Hansı ki, həmin sənətçi uşaqlar üçün nələr eləmişdi. Bu insanlar da milçək kimidir, əhəmiyyət vermək lazım deyil”.


loading...