Xatundan sürpriz toy hədiyyəsi

Xatundan sürpriz toy hədiyyəsi

Bu günlərdə "İkimizin" adlı klip çəkdirən sənətçi Xatun Əliyeva izləyiciləri arasından seçdiyi və sözügedən klipində oynatdığı 2 gəncə sürpriz toy hədiyyəsi edib.

XƏBƏRÇİ.AZ -ın məlumatına görə, Müğənni heç kimin gözləmədiyi halda həmin ikilinin toyuna gəlib, məclisi idarə edib və üstəlik klipini ilk dəfə orada nümayiş etdirib. Sənətçinin gözlənilməz addımı iştirakçılarını təəccübləndirib, eyni zamanda da sevincə səbəb olub. 
Xatunun diqqət çəkən növbəti addımı fotossesiyasıdır.
Xüsusən geyimi ilə marağa səbəb olan müğənni sevimli iti Pier ilə obyektivlərə poz verib. Kameraları sevməyən it Xatuna çətin anlar yaşadıb.
Sevənlərinə yeni mahnısının da müjdəsini verən müğənni sürprizlərinin də olacağını xüsusi vurğulayıb. 
Onu da qeyd edək ki, müğənni son fotosessiyasında Samir Atabey ilə çalışıb. 


loading...