Əkizlər Rozanı lağa qoydu

Əkizlər Rozanı lağa qoydu

Müğənni Roza Zərgərli ilə Sevinc və Sevil Səfərovalar arasındakı qalmaqal getdikcə böyüyür.

XƏBƏRÇİ.AZ -ın məlumatına görə, bacıların sosial şəbəkədə R.Zərgərliyə söz ataraq mahnı oxuması qarşı tərəfi özündən çıxarıb. Zərgərli bir neçə verilişdə əkizlərlə ayrılma səbəbini açıqlayaraq, onların ünvanına sərt sözlər deyib.

Ötən gün isə bacılar sənətçinin İnstaqramdakı bir paylaşımını öz səhifələrində yayımlayaraq, eyni sözləri yazıblar.

Onların izləyicilərə ünvanladığı “Nömrənizin son iki rəqəmini yazın” sualı qalmaqalı daha da alovlandırıb. Belə ki, eyni şəkli və sualı bir neçə gün əvvəl Roza da öz izləyicilərinə ünvanlayıb. İzləyicilərin əksəriyyəti də onların R.Zərgərliyə söz atdığını yazıblar. 

Qeyd edək ki, R.Zərgərli bir vaxtlar Sevil və Sevincə sponsorluq edib. Onlar qalmaqallı şəkildə işbirliklərinə son qoyublar.


loading...