27 may Damladan möhtəşəm gün sürprizi olacaq...

27 may Damladan möhtəşəm gün sürprizi olacaq...

XƏBƏRÇİ.AZ xəbər verir ki, milyonların sevgisini, rəğbətini qazanan, Azərbaycanda ən çox fanat ordusu, ifaçılar sırasında özünəməxsus yeri olan ifaçı Damla yayın gəlməsinə baxmayaraq yenə iş başındadı. Hər zaman dayanmadan çalışan müğənni yenə öz prinsiplərinə sadiq qalır. Belə ki, ifaçı 27 may saat 14:00-da Neolit restoranında fanatlarla möhtəşəm görüş vəd edir. Bu görüşə fanatlarla yanaşı media nümayəndələri də dəvətlidir. Daha sonra isə konsertlərə “ start “ verilir. Bölgələrimizdə və Bakıda möhtəşəm konsert proqramları keçiriləcək. 15 iyun Qusar Edelveysdə, 18 iyun Mingəçevirdə, 30 iyun Sumqayıtda və nəhayət 10 iyul Yaşıl teatrda Damla sizlərlə görüşəcək. Yaxın günlərdə daha 4 konsert veriləcək bölgələrin adı da açıqlanacaq. Artıq konsertlər üçün musiqiçilərlə birgə məşqlərə başlanılıb. Sabah isə müğənni məzunlara aid “11 il” adlı dillər əzbəri olacaq yeni hitini təqdim edəcək.


loading...