Məşhur serial finalın bir addımlığında ...

3 mövsüm davam edən serial artıq sona çatır ...
Məşhur serial finalın bir addımlığında ...

XƏBƏRÇİ.AZ məlumat verir ki, ATV-də yayımlanan "Vicdan haqqı" serialı son çəkilişlərini aparır. Aktyor heyətinin artıq bir qisminin çəkimləri yekunlaşıb. Bu haqda serialda Əbdül , Fuad, Nərgiz və İmran rolunu canlandıran aktyorlar sosial şəbəkədə paylaşım edib. Qəbələdə çəkilişləri sona çatan heyət  son kadrları çəkmək üçün Türkiyəyə yola düşəcək. Artıq bütün hadisələrin üzə çıxdığı serial həftənin cümə günü saat 21:15-də yayımlanır.

Qeyd edək ki, Dilarə obrazını canlandıran Kəmalə Müzəffər və Larisa obrazının aktrisası Çimnaz Sultanova müəyyən səbəblərdən serialı tərk ediblər.


loading...