İradə həyat yoldaşına: “ Allah məni səndən sonraya saxlamasın”

İradə həyat yoldaşına: “ Allah məni səndən sonraya saxlamasın”

Müğənni İradə İbrahimova həyat yoldaş İzzər ilə evliliyin 9 illiyin qeyd edib.  

XƏBƏRÇİ.AZ xəbər verir ki, müğənni ərinə olan hisslərin sosial şəbəkədə bəyan edib:   

"Evlilik, ömürlük bir yolculuqdur! Bu uzun yolda, çox gözəl, sözlərin aciz qaldığı anlar da yaşanır, heç ağlınıza gəlməyəcək problemlər də... Ən vacibi bir dəfə qanad açdınsa, artıq havada qalmağı bacarmaqdır. Hisslərlə məntiqi, sevgi ilə dostluğu tərəzidə tuta bilənlər, bu yolda mənzilinə çata bilənlərdir... 

Hər ailədə olduğu kimi “ fəsil deyişikliyini”məndə yaşadım və yaşayıram... Bu dəyişikliklər sayəsində bir-birimizi tanıyırıq, nələri sevib , nələri sevmədiyimizi öyrənirik. Benjamin Franklinin dediyi kimi “Evlənmədən öncə gözünüzü dörd açın! Evlənəndən sonra yarısını bağlayın!”. Əsas olan problemsiz olmaq deyil, problemlərin öhdəsindən gələ biləcək yolları axtarmaq və tapmaqdır.

Anamın İzzərlə evliliyimizin daha ilk zamanlarında dediyi bir sözünü hər zaman xatırlayıram “Önəmli olan gəminin okeanda hansı çətinliklərlə, fırtınalarla boğuşduğu deyil, limana sağ salamat yanaşmasıdır. Təbii ki, indi bu sözlərin mənasını başa düşürəm. Böyük sözü eşitməyin gözəllikləridir. Allah başımızdan əksik etməsin. Sevgili həyat yoldaşım, həyat bizə verilən ən gözəl hədiyyədir. Dəyərini bilirəm və hər gün şükür edirəm. Sənin kimi bir insanla bu yoldaşlığa başladığım üçün minlərcə dəfə şükürlər olsun. Ömürlük dediyimiz bu yolda gözəl illərimiz, gözəl yollarımız olsun! Sənin dediyin kimi sonlandırıram ki, evlilik səninlə gözəldir. Allah məni səndən sonraya saxlamasın".  

Qeyd edək ki, 9 ildi türk vətəndaşı İzzərlə ailəli olan İradə İbrahimovanın 1 qızı və bir 1 oğlu var.


loading...