Azərbaycanlı aparıcı Türkiyədə mükafatlandırıldı –

Azərbaycanlı aparıcı Türkiyədə mükafatlandırıldı –

Bir neçə gün öncə Türkiyədə “14. İpekyolu Yılın Altın Adamları” mükafatlandırılıması baş tutub.

Gecədə bir çox ölkələrin nümayəndələri,o cümlədən də Azərbaycanın tanınmış simaları iştirak edib.

Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Rusiya, Rumıniya, Bosniya-Hersoqovina, Gürcüstan, Hollandiya, Almaniyanın qatıldığı tədbirin aparıcıları Neslihan Maltepe və Lətafət Ələkbərova olub.

Tədbirdə Lətafət Ələkbərova “İlin Başarılı Aparıcı” mükafatına layiq görülüb.

“14. İpekyolu Yılın Altın Adamları” mükafatlandırılıması mərasimində həmçinin moelyer Gülnarə Xəlilova  ”Türk Dünyasında İlin Modelyeri”, jurnalist Sevil Nuriyeva isə ”İlin Siyasi Analitiki” mükafatını alıb.

Tədbirin təşkilatşıları mükafat alanları təbrik edib, qatılanlara isə təşəkkürünü bildirib.


loading...