"Kəlmənə fikir ver, 6 qəpikliksiz nə demək?" - jurnalistlə Mehriban Xanlarova arasında QIRĞIN

"Kəlmənə fikir ver, 6 qəpikliksiz nə demək?" - jurnalistlə Mehriban Xanlarova arasında QIRĞIN

"Maşın" şouda qalmaqal davam edir. Belə ki, "ATV" kanalında yayımlanan ölkənin ən reytinqli şousunda kişilərin səsvermədən yayınmaları xanımları qıcıqlandırıb. Xəbərçi.az məlumat verir ki, aktrisa Mehriban Xanalarova kişilərə təklif edib ki, bu gün onların fotoları atılsın. Amma İlkin Misgərlidən başqa heç kəs razılaşmayıb. Kişi oyunçuların bu addımını qorxu hesab edən jurnalist Ülviyyə Alovlunun əsəbləri tarıma çəkilib:

"Biz oynamaq istəyirik. Amma kişilər çəkilib dayanıb qıraqda və xanımları səsverməyə çıxardırlar. Bu qədər maraqsız olmaq kimə lazımdır? oyun olsa da, çox qorxaq oyundu. Maşının 65 min qiyməti var. Bunun üçün heç olmasa 65 minlik insanın ruhu olmalıdır. Ancaq burdakı iştirakçıların heç 6 qəpiklik ruhu yoxdur oynamağa ...".

M. Xanlarova bu sözlərə etiraz edib: "Danışanda kəlmənə fikir ver. Mənim milyonluq qiymətim var. Deyirsən burdakıların 6 qəpiklik qiyməti yoxdur. Bəlkə mənim qulağım səhv eşidir. Heç kişilərə də elə söz demə. Ayıbdır. 6 qəpik nədir ...".


loading...