"GülƏhməd" filminin qala gecəsinə məşhurlar axın etdi

"GülƏhməd" filminin qala gecəsinə məşhurlar axın etdi

Dünən gecə "İmperator Lion M" şirkətinin çəkdiyi "GülƏhməd" adlı komediya filminin qala gecəsi keçirilib. Xəbərçi.az məlumat verir ki, qala gecəsində bir çox məşhurlar Məleykə Əsədova, Kənan MM, Şəbnəm Tovuzlu, Pişik Günel, aparıcı Zema, Nara Jasmin, Samiraldo, Sevinc Şirinova, Vüsalə Kərimova, Yaşar Cəlilov, Təranə Səmədova, Nail Naiboğlu və başqaları iştirak edib. Film komediya janrında çəkilsə də rejissoru türk olduğundan bəzi açıq-saçıq ifadələrə rast gəlmək olub. Metin Yücel adlı rejissor "Azərbaycanda fazla qadağa ilə rastlaşdım, şu olmaz bu olmaz" deyərək filmdəki açıqsözlülüyünü belə pərdələyib. Baş rolda çıxış edən və məharətlə rolunun öhdəsindən gələn Rəşad Vahidzadə film təəssüratlarını bizimlə bölüşüb: "Əslində obraz olaraq Güləhməd xarakterini sevdim. Mənə tapşırılan işin öhdəsindən gəldiyimi düşünürəm və bizə dəstək olan hər kəsə təşəkkür edirəm".

Filmdə çıxış edən Arif Quliyev isə vasitəmizlə hər kəsə çıxış edin : "Gedin, bilet alın "Güləhməd"ə baxın gülün, şellənin".

Filmin baş prodüseri Vüqar Cavadovdur. Film Park Cinema şəbəkəsində, Metro Park, Park Bulvar, Alov Qüllələri, Zaqulba, Quba, Masallı, Naxçıvan, zirə, Nizami kinoteatrlarında işıqlandırılacaq. Filmin piar işləri və mətbuatda yayımı ilə bağlı jurnalist Əfruzə Ağayeva və Lalə xanım məşğul olub. 

Baş rolda Rəşad Vahidzadə, Firəngiz Orucova, Könül Əbil, Gökhan Çoban, Ziyad Qurbanov, Eldar Ibrahimoğlu və vaynerlər Mənsur Şərif, Rəsul Abbasov, Sabir Samiroğlu, Adil İsgəndərov və. s iştirak edirlər. Filmin baş operatoru - Mətləb Yaqubov, layihənin baş prodüseri - Vüqar Cavadov, icraci prodüseri - Rəşad Vahidzadə.

Film meşədə yaşayan bir dünyadan xəbəri olmayan, kobud, psix, "vurub-yıxan" həmdə çox saf bir insandan bəhs edir. Çəkilişlər İsmayıllıda və Bakıda gedir.


loading...