"Damla halallıq vermir" - Xəbərdarlıq !

"Damla halallıq vermir" - Xəbərdarlıq !

Tanınmış ifaçı Damlanın atasının 7 mərasimi sabah saat 12-də Sumqayıt şəhərində “Qayalı” adlı mərasim evində keçiriləcək.

Xəbərçi.az bildirir ki, bu barədə ifaçının mətbuat xidməti Əfruzə Ağayeva big.az-a məlumat verib. İfaçının atasının dəfn mərasimində olanları nəzərə alaraq mətbuata öncədən xəbərdarlıq edilib: "Hörmətli media nümayəndələrinin nəzərinə ifaçı və ailəsi hər bir jurnalistdən ayrı-ayrılıqda xahiş edir ki, yas mərasiminə çəkiliş məqsədilə gəlməsinlər. Çəkilişə nə ifaçının, nə də ailəsinin icazəsi, halallığı yoxdur. Başsağlıq vermək istəyən, ifaçının dərdini bölüşmək istəyən hər bir qələm əhlinə qapı açıqdı, amma çox xahiş olunur çəkiliş olmasın”.


loading...