Damlanın konsertləri təxirə salındı

Damlanın konsertləri təxirə salındı Tanınmış ifaçı Damlanın ardıcıl konsertləri təxirə salınıb. Bu barədə Xəbərçi.az-a ifaçının mətbuat xidməti Əfruzə Ağayeva məlumat verib: "Hal-hazırda Damla xanım böyük sarsıntı keçirir. Düzdü Damla xanım eyni zamanda milyonlarla insanın sevilən ifaçısıdır, amma ata yanğısı elə bir dərddir ki, elə bir yanğıdır ki, unudulmaz və hələm- hələm sağalmaz ... Ona görə yəqin ki, hər kəs onu başa düşər. O indi elə bir vəziyyətdədir ki, biz heç onla artıq nəsə danışa bilmirik. Bu səbəbdən dolayı razılaşdıq və onun bugünkü durumu ilə bağlı mətbuata açıqlama yaymaq qərarına gəldim. Damla atasının 40 mərasiminə kimi olan konsertlərində çıxış etməyəcək. Baxmayaraq ki, ailəsinin anasının, nəslindəki ağsaqqalların rizası var ki, o işinə davam etsin. Necə müəllim, necə həkim eləcə də ifaçı ... O güclü qadındı mən inanıram ki, həyatın bu sınağından da üzüağ çıxacaq”.
loading...