Əkbər "Space"dən getdi

Əkbər "Space"dən getdi

Əməkdar artist Əkbər Əlizadə "Space"də aparıcılıq etdiyi "Hər səhər" verilişindən gedib.

Xəbərçi.az məlumat verir ki, aktyor-aparıcı bu haqda verilişdə deyib. O, efir zamanı işdən çıxdığını elan edib:

"İşlərimin çoxluğu ilə bağlı gedirəm. Reklam və anons xatirinə deyil, həqiqətən də gedirəm. Yorğunluqla bağlıdır. Sağlamlığıma görə dincəlirəm".

Aparıcı bundan sonra efiri gənc aktyor Əlibəy Məmmədlinin aparacağını bildirib.

Qeyd edək ki, Əkbər bundan əvvəl də "Space"dən getmiş, bir müddət sonra geri qayıtmışdı. Aktyor teatrda çalışmaqla yanaşı hazırda "Qız atası" serialında da çəkilir.  

axşam.az


loading...