"Maşın"ı tərk edən Arif Quliyev: - "Getməyimə peşman da deyiləm”

"Maşın"ı tərk edən Arif Quliyev: - "Getməyimə peşman da deyiləm”

Xəbər verdiyimiz kimi, xalq artisti Arif Quliyev ötən gün səhhəti pisləşdiyi üçün “Maşın” realiti-şousundan uzaqlaşıb.

Xəbərçi.az axşam.az-a istinadən məlumat verir ki, açıqlama verən aktyor bildirib ki, hazırda həkim nəzarətindədir və özünü yaxşı hiss edir:

“İndi yanımda həkimlər oturub, iynə vurdular. Hər şey yaxşıdır. Problem təzyiqimin qalxması idi. Həkimlər 220 təzyiqi 170-ə endirə biliblər. 

Çox istəyərdim ki, şouda axıra kimi qalım və avtomobili qazanım. Alınmadı. Amma getməyimə peşman da deyiləm”.


loading...