Sevil Sevinc bacıları sürpriz dolu gecə vəd edir - MOSKVADA/

Konsertin təşkilatçısı Samirə Zeynalova - Azərbaycan Mədəniyyəti və İncəsənəti studiyasıdır (Azstudia)
Sevil Sevinc bacıları sürpriz dolu gecə vəd edir - MOSKVADA/

Tanınmış ifaçılar Sevil-Sevinc bacılarının konsertinə sayılı günlər qalıb. Yanvarın 28-i Moskvada 2018-ci ilin ilk möhtəşəm solo konserti baş tutacaq. Sevinc-Sevil bacılarının "İkimiz" adlı sürpriz dolu solo konserti "Vegas City Hall"da keçiriləcək.

Xəbərçi.az bildirir ki, konsertin təşkilatçısı hər zaman olduğu kimi  Samirə Zeynalova  - Azərbaycan Mədəniyyəti və İncəsənəti studiyasıdır (Azstudia).

"Azstudia"nın rəhbəri Samirə xanımın qeyd etdiyi kimi, bu konsert tam fərqli ve özəlliklərlə dolu olacaq. İlk dəfə bu gecədə Sevinc-Sevil bacıları Moskva tamaşaçılarına yeni kliplərini təqdimatını edəcəklər. Bununla yanaşı ifaçılar konsertden əvvəl qırmızı xalıda hər bir tamaşaçıya avtoqraf verəcək və foto çəkdirəcəklər.

Eyni zamanda, təqdimatı edilən klipdəki mahnının söz və bəstəsinin müəllifi Vasif Əzimov gecənin xüsusi qonağıdır və bacılara dəstək olmaq üçün proqramda iştirak edəcək. 

Konsertin musiqi rəhbəri Əhməd Mustafayev olacaq.

Konsertdə bir çox yeniliklərə imza atılacaq: dünya ulduzlarının səhnə performanslarına uyğun olaraq, Sevinc-Sevil bacıları öz şəxsi əşyalarından pərəstişkarlarına hədiyyə edəcəklər. Həmçinin, bir çox sponsorların hədiyyələri də tamaşaçılara təqdim olunacaq. 

"Vegas City Hall"da "Azstudia"nın təqdimatı ilə Moskvada yaşayan azərbaycanlılarımız üçün yeni, fərqli və unudulmaz musiqi gecəsi yaşanacaq. Sayılı sayda biletlər qalıb. 

Konsertin informasiya dəstəkçisi  xəbərçi.az (@xeberchi.az  ) saytıdır. 


loading...