"Arvadımla bacı-qardaş kimiyəm, arada biqeyrətlik edirəm” - Əli Mirəliyev - VİDEO

"Arvadımla bacı-qardaş kimiyəm, arada biqeyrətlik edirəm” - Əli Mirəliyev - VİDEO

ARB TV-nin "Səhər-səhər" verilişində müğənni Əli Mirəliyev maraqlı açıqlamalar verib

Xəbərçi.az məlumat verir ki, o, həyat yoldaşı ilə olan münasibətindən bəhs edib:

"Arvadım oğlum, nəvələrimlə şəhərdə yaşayır, mən bağdakı evimizdə. Həftədə bir dəfə yanıma gəlir, paltarlarımı yuyur-ütüləyir, evi yığışdırır, yeməyimi bişirir, yenə şəhərə-evinə qayıdır. Bunu efirdə də demişəm, arvadı boşamaram, amma onu sevmirəm də. Gəlin səmimi olaq da… Nə sevgi, 45 il sevmək olar? O qədər vaxta sevgi qalar? Bunu özünə də demişəm. Zarafata salır ki, sən mənim "mujikimsən”. Nə gizlədim, iyirmi ildir ki, arvadımla bacı-qardaş kimiyəm, arada biqeyrətlik edirəm. Amma heç vaxt boşanmaq barədə düşünməmişəm. Kişinin bir arvadı olar. Yoxsa ki, gündə birini boşayıb, evlənən kişilərə mən normal baxmıram. Arvad məndən qabaq ölsə, heç vaxt evlənmərəm. Bunu özü də bilir”.


loading...