Niyam Rəhimi aşağıladı: "O, məni ancaq Balaxanıya ..." - VİDEO

Niyam Rəhimi aşağıladı: "O, məni ancaq Balaxanıya ..." - VİDEO

"Klip +" verilişinin bu dəfəki qonağı müğənni Niyam Salami olub.

Xəbərçi.az bildirir ki, müğənninin efirdə söylədiyi "heç kim deməsin ki, Niyamı bu yerə mən gətirib çıxarmışam. Mənim bu yerə gəlib çıxmağıma təkcə Allah kömək olub" sözləri müzakirəyə səbəb olub.

Aparıcının "amma Rəhim deyir ki, Niyam Salamini "Niyam Salami edən mənəm" sözlərinə müğənni belə cavab verib: 

"Rəhim Rəhimlinin adı Rəhimdir, dini addır. Elə bilir ki, o adına görə kimisə harasa apara bilər. O adla Rəhimin arasında çox fərq var. O, məni hara apara bilər? O, məni Balaxanıya qədər apara bilər, ordan o tərəfə yox. Mənim sənətim olmasa, xasiyyətim düzgün olmasa, yol yoldaşlığım, insaniyyətim, səhnə davranışım olmasa, kim məni harasa apara bilər?".

Qeyd edək ki, N.Salami proqramda yeni klipi haqda da danışıb.

Verilişin informasiya dəstəkçisi xəbərçi.az saytıdır.


loading...