Günay söz atdı: "Ailənizdən başqa gündəmə gələcək bir şeyiniz yoxdur"

Günay söz atdı: "Ailənizdən başqa gündəmə gələcək bir şeyiniz yoxdur"

Müğənni Günay İbrahimli əsəbiləşib.

Xəbərçi.az məlumat verir ki, müğənni sosial şəbəkədə ailəsi ilə gündəmə gələn şou-biznes nümayəndələrini tənqid edib: 

"İndi də şou-biznesdə dəb yaradıblar. Ailə ilə gündəmə gəlib, bir-birilərinə acıq vermək istəyirlər. Onsuz da ailənizdən başqa gündəmə gələcək bir şeyiniz yoxdur. Amma əriniz və uşaqlarınız başqasına acıq vermək üçün bir vasitəyə çevrilməməlidir, həyat yoldaşınızla kiməsə acıq verməyin!  Ailə sizin şəxsiyyətiniz, həyatınızın ən böyük qazancıdır, kimisə "vurmaq" üçün alət etməyin. Ailəli olub karyerasını davam etdirən, ən böyük nailiyyəti əldə edənlər də az deyil. İkisini birgə edə bilmirsinizsə, susun!".

 

 


loading...