Tunay Pərvindən 100 min təzminat istəyir - MƏHKƏMƏ BAŞLAYIR

Tunay Pərvindən 100 min təzminat istəyir - MƏHKƏMƏ BAŞLAYIR

Aktrisalar Pərvin Abıyeva və Tunay Əliyeva arasında olan mübarizə məhkəmədə son tapacaq.

Xəbərçi.az bildirir ki, hər iki tərəf bir-birini məhkəməyə verərək küllü miqdarda təzminat tələb edib. Bu barədə Tunay Əliyevanın vəkili Adəm Məmmədov açıqlamasında belə bildirib:

"Teleaparıcı, aktrisa Tunay Əliyeva pozulmuş hüquqlarının müdafiəsi üçün müraciət edərək mənimlə müqavilə bağladı. Belə ki, aktrisa Pərvin Abıyeva tərəfindən Tunay Əliyeva barəsində Kütləvi İnformasiya Vasitələrində həqiqətə uyğun olmayan və böhtan xarakterli ifadələr işlətdiyinə görə, sonuncunun pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət ediləcək. Pərvin Abıyevanın işlətdiyi sözlər qanunsuz hesab edilərək, təkzib olunmaqla, həmçinin sonuncu tərəfindən üzr istənilməklə, 100 min manat iddiaçı Tunay Əliyevanın xeyrinə tutulması məhkəmədən xahiş olunacaq".

Tunayın məhkəmə xəbəri Pərvini yaman əsəbləşdirib. Xəbərçi.az-a açıqlama verən aktrisa bu barədə belə deyib:

"Bu, deyəsən, qısa yoldan, ona-buna ilişməklə pul qazanmaq istəyib, amma yuxusunda görər. Onun bu dəqiqə 3 dənə cinayət işi var. Başqa bir orqan da onu axtarır, amma bunu demək mənə düşməz. Əgər bu ölkədə qanun, doğurdan da, varsa, o, gərək içəri girsin. Maraqlıdır, görəsən, onun vəkilinin kimi müdafiə etdiyindən və müdafiə etdiyi qadının qarşı tərəfə etdiyi tərbiyəsizlikdən xəbəri var? Xəbəri olsaydı, bu cür açıqlama verməzdi. Mən bazar ertəsi artıq vəkilimə vəkalət vermişəm, "hodri meydan". Əsas odur ki, xalq şahiddir, kim kimə ilişib, təhqir edib".


loading...