Röya sevgilisindən bu kişiyə görə AYRILIB: "Sənə görə eşq məni tərk etdi" - AÇIQLAMA -

Röya sevgilisindən bu kişiyə görə AYRILIB: "Sənə görə eşq məni tərk etdi" - AÇIQLAMA -

“Mən hər kəsi qəbul edəcək yaşda deyiləm, amma səni qəbul etdim. Çünki sən də çətin adamsan. Bir də ki, sən mənə əzizsən. Niyə? Sənə görə eşq məni tərk etdi. Etsin, vecimə də deyil. Çünki onu heç vaxt aldatmadım. Bir sözlə, bir gün hər kəs evinə getdi”.

Xəbərçi.az publika az.-a istinadən məlumat verir ki, bu sözləri Əməkdar artist Röya Ayxan instaqram hesabında yeni klipinin rejissoru Nihat Odabaşına yazıb. O, yazdığı etirafla yanaşı, dörd gün çəkən çəkilişlərdən sonra komandasına da təşəkkür etməyi unutmayıb.

Qeyd edək ki, Röyanın yeni klipi “Səndən başqa” adlı mahnısına çəkilib. Ekran işində Puerto Rikodan olan 35 yaşlı məşhur model və aktyor Frederik Valentin rol alıb. O, Əməkdar artistin sevgilisi obrazını canlandırıb.


loading...