Dinimizdə göz muncuğu anlayışı ...

Dinimizdə göz muncuğu anlayışı ... Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: "Allah, nəzər muncuğunu taxan kimsənin işini tamamlamasın" (Hakim və Əhməd rəvayət etmişdir)
Digər bir hədisi şərifdə Rəsulullah (sallallahu aleyhi və səlləm) : "Kim bir şey taxsa bütün işləri o taxdığı şeyə təslim edilər" buyurmuşdur. (Tirmizi, Tibb: 24)

Müqəddəs kitabımız Qurani Kərimdə də Büt və bənzəri şeylərə tapınmaq onları aracı etmək qətiliklə qadağan edilmişdir.
Bir rəngli şüşə parçası, bir budaq parçası ya da uğurlu olduğunu düşündüyünüz bir əşya ya da böcək əslində günümüzün bütləridir. Çünki bunlar buraxın sizə bir fayda verməyi, özlərini belə qoruya bilməyən aciz obyektlərdir
Yunus Surəsi 18. ayədə Uca Rəbbimiz belə buyurur:
" Onlar Allahı buraxıb özlərinə nə zərər nə də fayda verə biləcək şeylərə tapınırlar və: Bunlar, Allah qatında bizim şəfaətçilərimizdir, deyirlər. De ki: "Siz Allaha göylərdə və yerdə bilməyəcəyi bir şeyimi xəbər verirsiniz? Haşa! O, onların ortaq qoşduqlarından uzaq və ucadır." 
Nəzər muncuğunu taxmaq qətiliklə haramdır. Bu cahiliyyə dövründən davam edən mənasız bir adətdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurur: "Allah, nəzər muncuğunu taxan kimsənin işini tamamlamasın" (Hakim və Əhməd)

Peyğəmbərimizin tətbiq və tövsiyə etdiyi mənəvi dərmanlardan başqa yollara müraciət edib şəfa axtarmaq möminə yaraşmaz! Cahiliyyə dövründə Ərəblər bəzi xəstəliklərdən ötəri boyunlarına və qollarına müxtəlif alət və muncuqlar taxardılar. Dərman və şəfanı da o taxdıqları şeylərdən gözləyərdilər. Şirk qoxusu verən, müsəlmanın inancına uyğun gəlməyən bu növü işləri şiddətlə qadağan edən Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), "Kim bir şey taxsa bütün işləri o taxdığı şeyə təslim edilər" buyurmuşdur. (Tirmizi, Tibb: 24)
Dinimizdə nəzər muncuğu

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də nəzərlik istifadə etməni xoş qarşılamamış, bu kimi şeyləri üzərlərinə əsan kəslərin biyətlərini qəbul etməmişdir (Nəsai, Zinət, 17; İbn Macə Tibb, 39).

Bir gün Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) yanına on nəfərlik bir heyət biət üçün gəlmişdi. Allah Rəsulu doqquzundan biət almış onuncuya gəldikdə əlini onun əlindən çəkmişdi. Səbəbi soruşulduğu zaman Rəsulullah onun əlində göz nəzərlik (göz muncuğu) gördüyünü bildirmişdi. Bundan sonra o şəxs nəzərliyi qırıb parçalamış, Allah Rəsulu da ondan biət almışdı. Bundan sonra Allah Rəsulu (sallallahu aleyhi və səlləm) “kim üzərində nəzərlik gəzdirərsə şir qoşmuş olar.” –deyə buyurmuşdu.
Başqa bir hədisi şərifində Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurmuşdur:
"Uğursuzluq çıxarmaq şirkdir, uğursuzluq çıxarmaq şirkdir, uğursuzluq çıxarmaq şirkdir. (İxtiyarı olmadan ürəyinə uğursuzluq vəhmi gəlib içində bəzi şeylərə qarşı nifrət duyan) xaric bizdən kimsədə bu yoxdur. Lakin Allah onu təvəkküllə aradan qaldırar."

Uca Rəbbimiz Qurani Kərimdə belə buyurur:
"Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, (heç kəs Ona mane ola bilməz). O, hər şeyə qadirdir."

Ənam Surəsi 6/17
loading...